AFFA Donald Gerye və Mehdi Şərifini cəzalandırdı
25.09.2019 - 12:52
AFFA Donald Gerye və Mehdi Şərifini cəzalandırdı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

APA-nın məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının V turunda baş verənlərlə bağlı qərarlar qəbul olunub.

“Səbail” – “Qəbələ” matçında qonaqların 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.

“Sumqayıt” – “Sabah” oyununda qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün komanda 800 manat ödəməli olacaq. Matçın 79-cu dəqiqəsində “Sumqayıt”ın futbolçusu Mehdi Şərifi ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb və klubunu 200 manat ziyana salıb.

“Neftçi” – “Keşlə” görüşündə qonaqlarln 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib. Qarşıılaşmanın 35-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Donald Gerye ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub bu səbəbdən 200 manat ödəməli olacaq.

AFFA İntizam Komitəsi cəza