AFFA Rauf Əliyevi diskvalifikasiya etdi
25.12.2019 - 15:04
AFFA Rauf Əliyevi diskvalifikasiya etdi

Bu gün AFFA-nın İntizam Komitəsinin 2019-cu ildəki son yığıncağı keçirilib.

Apasport.az saytının məlumatına görə, iclasda qurumun bayrağı altında keçirilən yarışlarda baş verən xoşagəlməz hadisələr müzakirə olunaraq müvafiq qərarlar verilib.

Region Liqasının “Ağsu Siti” – “Şamaxı” matçında qonaqların rəhbəri Ruslan Həmidov hakimə qarşı təhqiredici ifadələr işlədib. O, bu səbəbdən də 5 oyun cəzalanıb.

“Ərkivan” (Masallı) – “TST Astara” qarşılaşmasında meydan sahiblərinin futbolçusu Akşin Həşimov hakimə qarşı təhqiredici ifadələr işlədib. Ona 4 oyunluq diskvalifikasiya verilib.

“Babək” – “Dübəndi” görüşündə meydan sahiblərinin baş məşqçisi Rauf Əliyev referiyə qarşı təhqiredici ifadələr işlədib. Onun cəzası 5 oyundan ibarət olub.

Futzal üzrə Birinci Liqanın “AjaxBaku” – “Standart” matçında nominal meydan sahiblərinin oyunçusu Eşqin Tağıyev ədalət təmsilçilərinə qarşı təhqiredici ifadələrə yol verib. O, 4 oyun cəzalanıb.