AFFA VAR-ı sınadı
15.04.2022 - 11:46
AFFA VAR-ı sınadı

Azərbaycan Premyer Liqasında tətbiqi nəzərdə tutulan sistemi ilk dəfə olaraq test rejimində sınaqdan keçirilib.

Apasport.az saytının məlumatına görə, yenilik “ASK Arenada” sınanıb.

U-17 yığması və “Şamaxı”nın U-19 komandası arasında qarşılaşmada VAR-dan istifadə olunub. Oyunun baş hakimi Fərid Hacıyev olub. Video köməkçi hakim funksiyasını isə Elçin Məsiyev və Kamal Umudlu yerinə yetirib.

Qeyd edək ki, FİFA-nın müvafiq tələbinə uyğun olaraq, VAR sistemi rəsmi oyunlarda tətbiqindən əvvəl test rejimində sınaqdan keçirilməlidir.