AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının XXIII turu və ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyunlarında baş verənlər müzakirə olunub.
Komitə üzvləri bununla bağlı müvafiq qərarlar verib. “Qəbələ” – “Sumqayıt” oyununda meydan sahiblərinin azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimələnib. Meydançaya kənar şəxs daxil olduğu üçün meydan sahibi klub daha 1600 manat ziyana düşüb. 5 futbolçusu sarı vərəqə ilə cəzalanan “Sumqayıt” 800 manat cərimə olunub.
“Qarabağ” – “Şamaxı” oyununda dövlət yanğından mühafizə xidməti maşını oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün meydan sahibi kluba xəbərdarlıq edilib.
1/2 final mərhələsinin “Qəbələ” – “Qarabağ” oyununda 5 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 800 ödəməli olacaq.