AFFA-nın baş katibi hansı komandaya və futbolçuya azarkeşlik edir?
21.04.2022 - 17:40
AFFA-nın baş katibi hansı komandaya və futbolçuya azarkeşlik edir?

AFFA-nın baş katibi Sərxan Hacıyev azarkeşlik etdiyi komandanın adını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, o, İtaliya yığmasının azarkeşi olduğunu deyib.

Baş katib həmçinin pərəstiş etdiyi klubun və futbolçunun adını da vurğulayıb: “Azərbaycandan kənarda 2000-ci ildən başlayaraq İtaliya – Niderland oyunundan sonra İtaliyaya azarkeşlik etməyə başladım. Ən çox pərəstiş etdiyim futbolçu Alessandro del Pyero olub. Onun bir neçə forması məndə olub. Hər dəfə dəyişə-dəyişə geyinmişəm. Del Pyeroya görə “Yuventus”a azarkeşlik etmişəm. Ya yaşla, ya da futbolda işləməklə bağlı son illər o azarkeşlik duyğuları qalmayıb. Hazırda deyə bilmərəm ki, İtaliya yığmasının bütün oyunlarına baxıram. Daha çox yüksək reytinqli oyunlara baxmağa üstünlük verirəm. “Mançester Siti” – “Liverpul” matçını izləməyi “Liverpul” – “Torino” görüşündən üstün tuturam”.

O, uşaqlıqda “Neftçi”yə azarkeşlik etdiyini bildirib: “İndiki gənc nəsil daha çox telefona, kompyuterə həvəs göstərir. Bizim nəsil daha çox müxtəlif idman növlərinə getməyi üstün tutub. Uşaq vaxtı iki ay “Neftçi”də futbola getmişəm. Sonra məşqçi dedi ki, istəsən gəlməyə bilərsən”.