AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək
31.03.2022 - 10:10
Bu gün Qətərin paytaxtı Dohada FİFA-nın 72-ci konqresi keçiriləcək.
Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Konqresdə assosiasiya rəhbərliyi də iştirak edəcək.
AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, icraçı vitse-prezident Elxan Məmmədov və baş katib Sərxan Hacıyev tədbirə qatılacaq.
0
0