AFFA rəsmisi “Reyncers”in oyununda
20.11.2019 - 16:49
AFFA rəsmisi “Reyncers”in oyununda

A Milli komandanın meneceri və AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.

Apasport.az saytının məlumatına görə, UEFA Gənclər Liqası çərçivəsində keçiriləcək “Slovan” (Slovakiya) – “Reyncers” (Şotlandiya) oyununun UEFA nümayəndəsi həmyerlimiz olacaq.

Qarşılaşma noyabrın 27-də Bratislavadakı “Milli futbol stadionu”nda baş tutacaq.