APOEL-dən darmadağın
23.11.2019 - 22:00
APOEL-dən darmadağın

Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasındakı rəqibi APOEL Kipr çempionatında növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Nikosiya təmsilçisi öz meydanında “Pafos” klubunu qəbul edib.

APOEL ev qarşılaşmasında 3:0 hesabı ilə qalib gəlib. Oyunda hesabı 8-ci dəqiqədə Hallenius açıb. 38-ci dəqiqədə Al-Tamari fərqi iki topa çatdırıb. İkinci hissə matçda son nöqtəni qoyan nikosiyalıların heyətində Saviç 58-ci dəqiqədə qonaqları məyus edib.

Qeyd edək ki, 7 oyundan sonra 17 xal toplayan APOEL 3-cü pillədə qərarlaşıb.