AVRO-2020-ni Olimpiadaya qurban verə bilər - Serxio Ramos
22.05.2021 - 00:59
“Real”ın kapitanı Serxio Ramos AVRO-2020-ni buraxa bilər.
Apasport.az saytının məlumatına görə, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Zədədən əziyyət çəkdiyi üçün mövsümü başa vuran 35 yaşlı mərkəz müdafiəçisi heyətə çağırılsa da, qitə birinciliyinə yollanıb-yollanmayacağı qeyri-müəyyəndir. Ramosun məsələsinə bazar günü baş məşqçi Luis Enrike ilə görüşdən sonra aydınlıq gələcək. Veteran futbolçu tam hazır olmasa, AVRO-2020-ni buraxıb, Tokio Yay Olimpiya Oyunlarına yollanmaq istəyəcək.
Qeyd edək ki, Serxio Ramos zədə ucbatından bu mövsüm La Liqada cəmi 15 oyunda iştirak edib.
0
0