Abramoviç “Çelsi”nin qiymətini müəyyənləşdirdi
02.03.2022 - 16:23
Abramoviç “Çelsi”nin qiymətini müəyyənləşdirdi

“Çelsi”nin sahibi Roman Abramoviç klubu satmaqda qərarlıdır.

Apasport.az saytının məlumatına görə, rusiyalı iş adamı London təmsilçisinin qiymətini də müəyyənləşdirib.

Abramoviç “zadəganlar”ın satışından 4,8 milyard avroluq gəlir əldə etməyi planlaşdırır. Bunun təxminən 2 milyardı klubun ona olan borcudur. Biznesmen artıq bir neçə həmkarına “Çelsi”nin səhmlərini təklif edib.

Qeyd edək ki, Roman Abramoviç “Çelsi”ni 2003-cü ildə alıb.