Ad günündə açıqlayacaq – Messinin müqaviləsini
28.06.2021 - 14:59
“Barselona” kapitanı Lionel Messi ilə yeni müqavilə imzalamağa yaxındır.
Apasport.az saytının məlumatına görə, Kataloniya klubu iyunun 30-dan əvvəl bunu elan etmək niyyətindədir.
Çünki prezident Joan Laporta argentinalı superulduzun bir dəqiqə də azad agent statusu daşımasını istəmir. Laporta əvvəlcə iyunun 24-də - Messinin doğum günündə bunu açıqlamağı planlaşdırsa da, son anda baş tutmamışdı. Bu dəfə isə iyunun 29-da Laportanın öz ad günündə rəsmi sözləşmə imzalanma mərasiminin təşkili nəzərdə tutulub.
Lionel Messinin “Barselona” ilə 2 illik yeni saziş bağlaması gözlənilir.
0
0