Adı “Qarabağ”la hallanan qapıçı MLS klubunda
15.03.2022 - 14:07
Adı “Qarabağ”la hallanan qapıçı MLS klubunda

Dortmund “Borussiya”sının qapıçısı Roman Bürki karyerasını ABŞ-da davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, qış fasiləsində adı “Qarabağ”la hallanan qolkiper MLS-də çıxış edəcək.

31 yaşlı isveçrəli “Sent-Luis”ə keçmək üçün klubla şifahi razılığa gəlib. Bu həftə futbolçu klubla müqavilə imzalayacaq və ardından transfer rəsmən açıqlanacaq.

Qeyd edək ki, Roman Bürki 2015-ci ildən “Borussiya”da çıxış edir. O, cari mövsüm heç vaxt rəsmi matçda meydana çıxmayıb.