Adli ilə anlaşdı – “Milan”
18.06.2021 - 12:35
İtaliyanın “Milan” klubu heyətinə yeni futbolçu qatır.
Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, A seryası təmsilçisi Amine Adlinin keçidini razılaşdırıb.
Fransanın “Tuluza” klubunda çıxış edən 21 yaşlı yarımmüdafiəçinin şəxsi müqaviləsi ilə bağlı anlaşma əldə olunub. Onunla 5 illik saziş bağlanacaq. Adli 2026-cı ilin yayına qədər Milanın eyniadlı klubunda oynayacaq. İndi onun transferi ilə bağlı iki klub arasında razılıq əldə olunmalıdır.
Qeyd edək ki, Amine “Marsel”in də maraq dairəsində idi.
0
0