Afrikada ilin futbolçusu: Salah, Mane, yoxsa Mahrez?
22.12.2019 - 17:33
Afrikada ilin futbolçusu: Salah, Mane, yoxsa Mahrez?

Afrikanın ən yaxşı futbolçusu adına namizədlərin siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Afrika Futbol Konfederasiyasının mükafatına üç namizəd müəyyənləşib.

Bunlar “Liverpul” və Misir millisinin hücumçusu Məhəmməd Salah, onun klubdakı komanda yoldaşı seneqallı Sadio Mane, “Mançester Siti” və Əlcəzair yığmasının yarımmüdafiəçisi Riyad Mahrezdir. Qitənin ən yaxşısı yanvarın 7-də keçiriləcək təltifetmə mərasimində açıqlanacaq.

Qeyd edək ki, son iki ildə mükafata M.Salah yiyələnib.