Akademiya açır, düşərgələr üçün icazə gözləyir - Buffon
26.04.2021 - 23:17
İtaliya millisinin sabiq qapıçısı Canluici Buffonun gələcək planları bəlli olub.
Apasport.az saytının məlumatına görə, “Yuventus”un qolkiperi futbol akademiyası açacaq.
Buffonun akademiyası bu ilin yayından fəaliyyətə başlayacaq. Səhiyyə nazirliyindən icazə alınsa, 6-18 yaşlılar üçün uşaq futbol düşərgələri təşkil olunacaq. Bu, İtaliyanın müxtəlif şəhərlərini əhatə edəcək. Düşərgələrdə təlimləri sabiq futbolçular keçəcək.
0
0