Alaba şərt qoydu – “Barselona” razılaşmadı
13.12.2020 - 23:16
Alaba şərt qoydu – “Barselona” razılaşmadı

Avstriya millisinin və Almaniya “Bavariya”sının futbolçusu David Alabanın “Barselona”ya keçidi baş tutmayacaq.

Apasport.az saytının məlumatına görə, İspaniya nəhəngi ulduz müdafiəçinin maliyyə şərtlərini təmin edə bilməyib.

Yayda müqaviləsi başa çatdıqdan sonra azad agent statusu alacaq Alaba yeni klubunda ildə 10 milyon avro qazanmaq istəyir. Müdafiəçi keçidi üçün əlavə 15 milyon da tələb edir. Koronavirus pandemiyası ilə bağlı maliyyə çətinlikləri yaşayan La Liqa təmsilçisi bu şərtlərlə razılaşmayıb.
 

0