Aleksey Baqa “Sumqayıt”la tarixə düşdü
03.02.2022 - 11:57
“Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa postunda rəsmi debüt edib.
Apasport.az saytının məlumatına görə, “gənclik şəhəri” təmsilçisi yeni çalışdırıcısı ilə ilk matçına Azərbaycan kubokunda çıxıb.
1/4 finalın “Qəbələ” ilə görüşü Baqa üçün ilklə əlamətdar olub.
O, həm də Azərbaycan klublarında çalışan ilk belaruslu olub. Baqayadək ölkəmizdə bütün yarışlar nəzərə alınmaqla 70 legioner məşqçi çalışıb ki, onlardan 43-ü kubokda da iştirak edib. Baqa klublarda 71-ci əcnəbi, kubokda 44-cü legioner məşqçidir.
Qeyd edək ki, onun debüt oyununda “Sumqayıt” “Qəbələ”yə 0:1 hesabı ilə uduzub.
0
0