Aleksey Baqa: “Çox pis oynadıq”
27.02.2022 - 21:15
“İlk hissədə hədsiz dərəcədə çox pis oynadıq”.
Apasport.az saytının məlumatına görə, bunu “Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa Azərbaycan Premyer Liqasının XVII turunda “Qəbələ”yə 0:4 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.
Belaruslu mütəxəssis “CBC Sport” telekanalına açıqlamasında yenilginin səbəblərini izah edib: “Qəbələ” kimi güclü komanda önündə 3 top fərqi ilə geri düşdükdən sonra oyunu çevirmək çox çətindir. Komandamızın çıxışını təhlil edəcəyik. Növbəti oyunlara hazırlığımızı davam etdirəcəyik”.
0
0