Alleqri qayıtdı – “Yuventus”a
28.05.2021 - 11:46
İtaliyanın “Yuventus” klubunda baş məşqçi dəyişikliyi olacaq.
Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Andrea Pirlonu istefaya göndərəcək A seriyası təmsilçisini yenidən Massimiliano Alleqri çalışdıracaq.
İtaliyalı mütəxəssis artıq Turin klubu ilə müqavilə də imzalayıb. Anlaşma 4 ili əhatə edir.
Qeyd edək ki, Alleqri 2019-cu ildə klubdan ayrılıb.
0
0