Alman futbolçuya növbəti təklif - İspaniyadan
20.05.2020 - 13:57
“Bayer”in yarımmüdafiəçisi Kay Havertsə daha bir elçi düşüb.
Apasport.az saytının məlumatına görə, bu dəfə “Real” gənc futbolçunu heyətinə qatmaq niyyətindədir.
“Kral klubu” 20 yaşlı oyunçunu mövsümün sonunda transfer etmək istəyir. Baş məşqçi Zinəddin Zidanın prioritet hədəfi də məhz istedadlı orta sahə oyunçusudur. Almaniya millisinin üzvü də karyerasını böyük klublardan birində davam etdirmək arzusundadır.
Qeyd edək ki, Kay Haverts “Bavariya” və “Barselona”nın da gündəmindədir.
0
0