Almaniya çempionu məşqlərə başladı
06.04.2020 - 17:13
Almaniya Bundesliqasının daha bir klubu koronavirus pandemiyası ilə əlaqədar yaranan fasilədən sonra məşqləri bərpa edib.
Apasport.az saytının məlumatına görə, son çempion “Bavariya”nın evdə keçirilən fərdi məşqlərdən sonra bir araya gəlib.
Münhen təmsilçisinin üzvləri 3-4 nəfərlik qruplar şəklində məşq keçib. Bir-birindən zəruri məsafəni qoruyan futbolçular təmrinləri yerinə yetirərkən də bu şərtə riayət edib.
Qeyd edək ki, daha öncə “Şalke” məşqlərə başlamışdı.
0
0