“Sabah” daha bir transferini reallaşdırıb.
Apasport.az xəbər verir ki, Bakı klubu rəsmi saytı vasitəsilə yeni oyunçusunu təqdim edib.
Paytaxt təmsilçisi almaniyalı hücumçu Coy-Lens Mikelsin transferini həyata keçib. Konqo əsilli sol cinah vingerlə 2 illik müqavilə imzalanıb. 27 yaşlı futbolçu yeni komandasında 20 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Coy-Lens Mikels Almaniyanın “Borussiya-2” (Münhenqladbax, 2013-2014), “Şalke-2” (2014-2016), “Alemanniya” (2016/2017), “Vaker Nordhauzen” (2017-2020), “Karl Zeys Yena” (2020) və Niderlandın “Maastrixt” (2020-2021) klublarında çıxış edib.