Amerikalı futbolçulardan dominantlıq
30.11.2019 - 16:01
Amerikalı futbolçulardan dominantlıq

Qadın futbolçulardan ibarət ilin rəmzi komandası açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2019-cu ilin “11-liy”ini tərtib edib.

İFFHS-in dünya ölkələrindəki nümayəndələri arasında səsvermə ilə müəyyənləşən komanda 4-3-3 sistemi ilə qurulub. Heyətdə ABŞ-dan 5, Fransadan 2, Hollandiya, Almaniya, Norveç və İngiltərədən 1 oyunçu yer alıb.

Qapıçı: Sari Van Vinendal (Niderland, “Arsenal”/“Atletiko”);
Müdafiəçilər: Lusi Bronz (İngiltərə, “Lion”), Vendi Renadr (Fransa, “Lion”), Jüli Erts (ABŞ, “Çikaqo”), Kristal Dann (ABŞ, “Kuraj”);
Yarımmüdafiəçilər: Amandin Anri (Fransa, “Lion”), Ros Lavel (ABŞ, “Vaşinqton”), Cenifer Marojan (Almaniya, “Lion”);
Hücumçular: Meqan Rapino (ABŞ, “Sietl”), Ada Heqerberq (Norveç, “Lion”), Aleks Morqan (ABŞ, “Orlando”).
Baş məşqçi: Jil Ellis (ABŞ).