Andorra da tarix yazdı
29.03.2022 - 13:13
Andorra da tarix yazdı

Andorra milli komandası tarixinin rekorduna imza atıb.

Apasport.az saytının məlumatına görə, knyazlıq təmsilçisi tarixində ilk dəfə ardıcıl iki qələbə qazanıb.

Cırtdan ölkə yığması Qrenadaya 1:0 hesabı ilə qalib gəlib. Andorralılar martın 25-də də qələbə sevinci yaşamışdı. Həmin vaxt Sent-Kits və Nevislə görüşən komanda eyni hesabla qalib gəlib.

Qeyd edək ki, Andorra bunadək heç vaxt ardıcıl iki qələbə əldə etməyib.