Ansu Fatinin durumu bəlli oldu
22.01.2022 - 11:23
Ansu Fatinin durumu bəlli oldu

İspaniya Kral Kubokunun 1/8 final mərhələsində “Atletik”lə oyunda (2:3) zədələnən “Barselona”nın hücumçusu Ansu Fatinin durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, tibbi müayinədən keçən 19 yaşlı forvardın əməliyyat olunub-olunmayacağına hələ qərar verilməyib.

Bud əzələsindən xəsarət alan İspaniya millisinin üzvü əməliyyat edilərsə, ən azı 3 ay yaşıl meydanlardan uzaq qalmalı olacaq. Bu isə o deməkdir ki, gənc oyunçu yalnız mövsümün sonlarında komandasına kömək edə biləcək.

Qeyd edək ki, Ansu Fati bu mövsüm bütün turnirlərdə 10 oyunda 5 qol vurub, 1 məhsuldar ötürmə verib.