Aparıcı futbolçusunu itirdi – “Yuventus”
08.09.2021 - 18:22
“Yuventus” aparıcı futbolçusu Federiko Kyezanı itirib.
Apasport.az saytının məlumatına görə, ulduz futbolçu İtaliya millisinin heyətində sıradan çıxıb.
DÇ-2022-nin seçmə mərhələsində İsveçrə (0:0) ilə qarşılaşmada zədələnən 24 yaşlı hücumameyilli oyunçunun durumu qeyri-müəyyəndir. İlkin tibbi müayinədən sonra həkimlər zədənin ciddi olmasından qorxurlar. Onların fikrincə, Kyeza A seriyasının növbəti turunda “Yuventus”un “Napoli” ilə oyununu buraxmalı olacaq.
Qeyd edək ki, “Napoli” – “Yuventus” oyunu sentyabrın 11-də keçiriləcək.
0
0