Aquero karyerasını bərpa etmək istəyir
Argentina millisinin sabiq futbolçusu Serxio Aquero karyerasını bərpa etmək fikrindədir.
Apasport.az saytının “sportbox.ru”ya istinadən məlumatına görə, “Barselona”ya keçdikdən sonra ürəyindəki problem səbəbindən futboldan gedən 33 yaşlı forvard yenidən yaşıl meydanlara qayıtmaq arzusundadır.
“Mançester Siti” və “Atletiko”nun sabiq üzvü bunun tezliklə baş verəcəyini istisna etməyib: “Dünən yenidən futbol oynaya biləcəyimi düşündüm. Həkimlər dedilər ki, 5-6 ay məşqdən uzaq durmalıyam. Amma artıq məşq etmək istəyirəm”.
Qeyd edək ki, Serxio Aquero ötən ilin dekabrında karyerasını bitirdiyini açıqlayıb.