Argentina və Braziliya fərqli qruplarda - Amerika kuboku
04.12.2019 - 11:18
Argentina və Braziliya fərqli qruplarda - Amerika kuboku

Amerika kubokunda qrupların tərkibi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, 2020-ci ildə Argentina və Kolumbiyada təşkil olunacaq yarışın iştirakçıları iki qrupa bölünüb

Meydan sahiblərindən biri olan Argentina A qrupunda yer alıb. Lionel Messi və komandası Boliviya, Uruqvay, Çili, Paraqvay Avstraliya ilə qüvvəsini sınayacaq. Son çempion Braziliya meydan sahiblərindən biri Kolumbiya, həmçinin Venesuela, Ekvador, Peru və Qətərlə birlikdə B qrupunda mübarizə aparacaq. Hər qrupda ilk 4 yeri tutan komandalar 1/4 finala yüksələcək.

Qeyd edək ki, 2020-ci il iyunun 12-də başlayacaq yarışın start matçında Argentina ilə Çili qarşılaşacaq. Oyun Buenos-Ayresdə baş tutacaq.