"Napoli" klub tarixinin ən yaxşı argentinalı futbolçularından ibarət "11-liy"i müəyyənləşdirib.
Apasport.az saytının məlumatına görə, komandanın ən məhsuldar oyunçularından olan Qonsalo İquain simvolik komandaya salınmayıb.
Neapol klubunun heyətində 146 oyunda 91 qol vuran argentinalı forvard 2016-cı ildə "Yuventus"a keçib. O, "Napoli"dəki son mövsümündə 36 qol vuraraq A seriyası rekordunu yeniləyib.
"Napoli" tarixinin argentinalılardan ibarət rəmzi heyəti:
Qapıçı: Mariano Anduxar
Müdafiəçilər: Uqo Kampanyaro, Federiko Fernandes, Roberto Ayala, Maurisio Pineda
Yarımmüdafiəçilər: Daniel Bertoni, Xose Sosa, Xesus Datolo
Hücumçular: Dieqo Maradona, Roberto Sosa, Ezekyel Lavezzi