Aryen Robben yeni ampluada
12.04.2022 - 11:54
Aryen Robben yeni ampluada

Niderland millisinin sabiq futbolçusu Aryen Robben özünü yeni ampluada sınayıb.

Apasport.az saytının məlumatına görə, futbol veteranı ilk dəfə marafon qaçıb.

O, Rotterdam marafonunda iştirak edib. Robben sabiq konkisürən Erben Vennemarsla 42 km 195 m məsafəni 3 saat 13 dəqiqə 40 saniyəyə qaçıb. Onlar qalibə 69 dəqiqə uduzub.

Qeyd edək ki, 38 yaşlı Aryen karyerasını 2019-cu ildə başa vurub.