Asensioya 7 milyonluq təklif
21.04.2022 - 11:11
Asensioya 7 milyonluq təklif

“Real” futbolçusu Marko Asensioya yeni müqavilə təklif edib.

Apasport.az saytının məlumatına görə, İspaniya nəhəngi yarımmüdafiəçini saxlamaqda maraqlıdır.

Madrid klubu Asensio ilə 4 illik anlaşma bağlamaq istəyir. Bununla da gələn il azad agent statusu alacaq 26 yaşlı futbolçu ilə əməkdaşlıq daha üç il uzadılacaq.

O, yeni müqaviləyə imza atsa, 2026-cı ilin yayınadək “Real”ın formasını geyinəcək. Asensioya ildə 7 milyon avro təklif olunub.