Autsayder uduza-uduza gedir – YENİLƏNİB
18.01.2020 - 23:22
Autsayder uduza-uduza gedir – YENİLƏNİB

Türkiyədə təlim-məşq toplanışında olan "Səbail" bu gün növbəti yoxlama matçını keçirib.

Apasport.az saytının məlumatına görə, Aftandil Hacıyevin yetirmələri ikinci sınağında Donetsk "Olimpik"i ilə qarşılaşıblar.

Ukrayna klubu ilə qarşılaşma "Miracle Resort" otelinin meydançasında baş tutub. Premyer Liqanın autsayderi yenə məğlubiyyətlə üzləşib. İlk sınağında Qazaxıstanın "Jetısu" klubuna 0:1 hesabı ilə məğlub olan bakılılar bu dəfə iki top fərqilə uduzub – 1:3.

Qeyd edək ki, autsayder Türkiyədə daha iki matç keçirəcək. Komanda yanvarın 21-də Rumıniya "Voluntari"si, 25-də isə Polşa "Korona"sı ilə üz-üzə gələcək.

Yoxlama oyunu
18 yanvar
18:00. "Səbail" - "Olimpik" (Donetsk, Ukrayna) – 1:3

Antalya. "Miracle Resort" otelinin meydançası