Avrokubok matçlarını öz stadionunda oynamayacaq - iki klub
09.04.2020 - 16:15
Avrokubok matçlarını öz stadionunda oynamayacaq - iki klub

Belçikanın iki klubu növbəti mövsümdə avrokubok oyunlarını öz stadionunda keçirə bilməyəcək.

Apasport.az saytının məlumatına görə, bunlar “Antverpen” və “Şarlerua” komandalarıdır.

Bu klublar Belçika Kral Futbol Federasiyasından müvafiq lisenziya ala bilməyiblər. Koronavirus pandemiyası üzündən yarımçıq dayanan və nəticələri yekun kimi tanınacaq mövsümdə Avropa Liqasına vəsiqə qazanan klubların stadionları tələblərə cavab verməyib.

“Antverpen” tamaşaçı sayını artırmaq üçün apardığı yenidənqurma işlərini  davam etdirdiyi üçün lisenziya almayıb. Hər iki komandanın “Leven” klubuna məxsus stadionda oynayacağı gözlənilir.