Avrokubok oyununa biletlər havayı olacaq – “Sumqayıt”ın
17.07.2021 - 12:28
Avrokubok oyununa biletlər havayı olacaq – “Sumqayıt”ın

Avropa Liqasının II təsnifat mərhələsində “Sumqayıt”la qarşılaşacaq “Çukariçki”nin Belqraddakı oyununa azarkeşlər buraxılacaq.

Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi matç öncəsi maraqlı addım atıb.

İyulun 21-də “Çukariçki” stadionunda keçiriləcək görüşün şərq tribunaları üçün biletlər havayı paylanılacaq. Azarkeşlər iyulun 20-dən etibarən arenanın kassalarından şəxsiyyət vəsiqəsini göstərərək biletlərini ala bilərlər. Bir nəfərə maksimum 4 bilet verilməsi qərara alınıb. Serbiya təmsilçisi tarixində ilk dəfə avrokubokların III təsnifat mərhələsinə yüksəlməyi hədəfləyir və rəhbərlik bunda azarkeşlərin dəstəyinin böyük rol oynayacağını düşünür.

Qeyd edək ki, iyulun 21-də keçiriləcək “Çukariçki” – “Sumqayıt” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.