Çempionlar Liqasının (ÇL) III turunda “Zalsburq”u səfərdə böyük hesabla məğlub edən “Bavariya” (6:2) yeni rekord müəyyənləşdirib.
Apasport.az saytının məlumatına görə, Münhen təmsilçisi bu turnirdə ardıcıl 14-cü qələbəsini qazanaraq buna nail olub.
Hans Flikin yetirmələri öz rekordlarını bir qədər də yaxşılaşdırıblar. “Bavariya”nın avrokuboklarda rekord müəyyənləşdirməsi üçün isə 2 qalibiyyətə ehtiyacı var. Çünki “Sevilya” 2011-2012-ci illərdə Avropa Liqasında ardıcıl 15 qələbə qazanıb.
Qeyd edək ki, “Bavariya” ÇL-də növbəti iki oyununu “Zalsburq”la evdə, “Atletiko” ilə səfərdə keçirəcək.