Avropa Liqasının qrup mərhələsindən sonra turnirdə çıxış edən futbolçuların reytinq siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, yarışın ən yaxşısı Filip Kostiçdir.
“Ayntraxt”ın yarımmüdafiəçisinin 8053 xalı var.
Ən yaxşı Azərbaycan futbolçusu Riçard Almeydadır. “Qarabağ”ın milliləşən braziliyalı legioneri 1883 xalla 371-cidir. Ukrayna “Aleksandriya”sında çıxış edən Pavel Paşayev 1104 xalla 591-ci yerdə qərarlaşıb. Azərbaycan futbolunun yetirmələri arasında ən yaxşı göstərici “Qarabağ”ın vitse-kapitanına məxsusdur. 950 xala malik Maksim Medvedev 636-cıdır.
Lakin R.Almeyda və M.Medvedev “Qarabağ”ın ən yaxşı üç oyunçusu sırasına düşməyib. Dani Kintana 3179 xalla 133-cü, Aylton 2677 xalla 191-ci, Miçel 2585 xalla 212-cidir.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı