Avropa Liqasında yarımfinal təqvimi
15.04.2022 - 09:26
Avropa Liqasında yarımfinal təqvimi

Avropa Liqasında yarımfinalın təqvimi dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, Almaniyanın iki, İngiltərə və Şotlandiyanın bir klubunun mübarizə aparacağı mərhələ aprelin 28-də başlayacaq.

Finalçıların adları mayın 5-də bəlli olacaq. Həmin gün yarımfinalın cavab görüşləri təşkil olunacaq.

Qeyd edək ki, 1/4 finalda “Leypsiq” “Atalanta”nı (1:1, 2:0), “Ayntraxt” “Barselona”nı (1:1, 3:2), “Vest Hem” “Lion”u (1:1, 2:0) səfər qələbəsi ilə keçib. “Reyncers” isə “Braqa”nı (0:1, 3:1, əlavə vaxtda) evdə adlayıb.

Yarımfinal
İlk oyunlar
28 aprel

23:00. “Leypsiq” – “Reyncers”
23:00. “Vest Hem” – “Ayntraxt”

Cavab oyunları
5 may

23:00. “Reyncers” - “Leypsiq”
23:00. “Ayntraxt” - “Vest Hem”