Avropa Liqasında həftənin oyunçusu adına namizədlər açıqlandı
25.10.2019 - 09:08
Avropa Liqasında həftənin oyunçusu adına namizədlər açıqlandı

Avropa Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb.

APA-nın məlumatına görə, UEFA qrup mərhələsinin III turunda fərqlənən 4 oyunçunu fərqləndirib.

Bunlar Nikolas Pepe (Arsenal), Ussama İdrissi (AZ), Ryan Kristi (Seltik) və Franko Vaskesdir (Sevilya). Turun ən yaxşısı azarkeşlər arasında səsvermə ilə müəyyənləşəcək.