Avropa Liqasında turun oyunçusu açıqlandı
20.09.2019 - 17:58
Avropa Liqasında turun oyunçusu açıqlandı

Avropa Liqasında qrup mərhələsinin I turunun ən yaxşı futbolçusu müəyyənləşib.

APA-nın məlumatına görə, bu mükafata “Lüdoqorets”in hücumçusu Klaudiu Keseru layiq görülüb. 

Bolqarıstan çempionunun futbolçusu ilk turda het-trik müəllifi olub. O, Rusiya MOİK-i üzərində 5:1 hesablı qələbəyə üç qolla töhfə verib.

0
Avropa Liqası ən yaxşı futbolçu turun oyunçusu