Avropa Liqasının ən yaxşısı açıqlandı
29.11.2019 - 20:41
Avropa Liqasında həftənin oyunçusu müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, UEFA qrup mərhələsinin V turunda fərqlənən ən yaxşı futbolçunun adını açıqlayıb.
Bu, Brunu Fernandeş (“Sportinq”) olub. O, azarkeşlər arasında keçirilən səsvermədə Vensan Abubakar (“Portu”), Raul Ximines (“Vulverhempton”) və Daiti Kamadanı ("Ayntraxt") qabaqlayıb.
Qeyd edək ki, portuqaliyalı PSV ilə oyunda (4:0) 2 qol və 2 məhsuldar ötürmə verib.
0
0