Bu gün AVRO-2020 start götürəcək.
Apasport.az saytının məlumatına görə, Avropanın 11 şəhəri, o cümlədən Bakıda keçiriləcək yarış sayca 16-cı qitə çempionatıdır.
Əvvəlki 15 turnirdə 10 komanda qızıl medal qazanıb. İspaniya və Almaniya (əvvəl AFR) hərəyə 3, Fransa 2 dəfə qalib olub. Digər 7 yığmanın, o cümlədən son çempion Portuqaliyanın bir zəfəri var.
Almaniya və keçmiş SSRİ yığmaları finalda ən çox uduzan yığmalardır. Onlar hərəyə üç dəfə gümüşlə kifayətlənib. İtaliya və Yuqoslaviyanın finalda 2 belə məğlubiyyəti var. Ümumilikdə, Almaniya 6, SSRİ 4 final oynamaqla hamıdan öndədir. Yalnız 12 milli finalda oynamağa nail olub.

İlk 6 turnirdə 3-cü yer uğrunda matç təşkil olunub. 1984-cü ildən başlayaraq yarımfinalda uduzanlar mübarizəni dayandıraraq öz aralarında görüşməyib. Hər iki komanda bürünc mükafatçı hesab olunur.
Niderland daha çox – 4 bürünc qazanıb. Almaniya ilə Portuqaliya hərəyə üç belə üçüncülüyü var. İngiltərə və Çexoslovakiyanın iki belə uğuru var.
Ümumi mükafat sayında da Almaniya öndədir. Bundestim üç əyarın hərəsindən 3 dəfə qazanıb.
|
il |
yer |
I yer |
II yer |
III yer |
|
1960 |
Fransa |
SSRİ |
Yuqoslaviya |
Çexoslovakiya |
|
1964 |
İspaniya |
İspaniya |
SSRİ |
Macarıstan |
|
1968 |
İtaliya |
İtaliya |
Yuqoslaviya |
İngiltərə |
|
1972 |
Belçika |
AFR |
SSRİ |
Belçika |
|
1976 |
Yuqoslaviya |
Çexoslovakiya |
AFR |
Niderland |
|
1980 |
İtaliya |
AFR |
Belçika |
Çexoslovakiya |
|
1984 |
Fransa |
Fransa |
İspaniya |
Danimarka və Portuqaliya |
|
1988 |
AFR |
Niderland |
SSRİ |
İtaliya və AFR |
|
1992 |
İsveç |
Danimarka |
Almaniya |
Niderland və İsveç |
|
1996 |
İngiltərə |
Almaniya |
Çexiya |
İngiltərə və Fransa |
|
2000 |
Niderland/Belçika |
Fransa |
İtaliya |
Niderland və Portuqaliya |
|
2004 |
Portuqaliya |
Yunanıstan |
Portuqaliya |
Çexiya və Niderland |
|
2008 |
Avstriya/İsveçrə |
İspaniya |
Almaniya |
Rusiya və Türkiyə |
|
2012 |
Polşa/Ukrayna |
İspaniya |
İtaliya |
Almaniya və Portuqaliya |
|
2016 |
Fransa |
Portuqaliya |
Fransa |
Almaniya və Uels |
Qeyd: SSRİ, Yuqoslaviya və Çexoslovakiya artıq mövcudluğunu itirib, AFR sonradan Almaniya olub.