Avropanın məhsuldarları: Benzema, Levandovski, Mbappe
13.04.2022 - 13:00
Avropanın məhsuldarları: Benzema, Levandovski, Mbappe

“Böyük beşlik” liqalarında çıxış edən ən məhsuldar futbolçuların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvəldə “qol+ötürmə” sistemi ilə ən çox xal toplayan üç oyunçu yer alıb.

Onlardan yalnız ikisi 50 və ya daha çox xal yığıb. Avropanın lideri Kərim Benzemadır.

“Real”ın fransalı hücumçusunun 53 xalı var. O, 38 qol və 15 assistə imza atıb.

“Bavariya”nın forvardı Robert Lecvandovski ondan iki xal geri qalır. Polşalının aktivində 47 qol və 4 məhsuldar ötürmə var.

İlk “üçlüy”ü Kilian Mbappe qapayır. PSJ-nin fransalı ulduzu 49 xal toplayıb. O, 31 qol və 18 assistə imza atıb.