Avropanın ən yaxşı gənc futbolçusu bilindi
27.11.2019 - 16:13
Avropanın ən yaxşı gənc futbolçusu bilindi

Avropada ilin ən yaxşı gənc futbolçusu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Portuqaliya millisinin və İspaniya “Atletiko”sunun hücumçusu Joau Feliş 2019-cu ilin ən yaxşısı seçilib.

İkinci yeri Dortmund “Borussiya”sının üzvü Ceydon Sanço tutub. İlk “üçlüy”ü digər Almaniya klubu – “Bayer”in istedadı Kay Haverts qapayıb.