Azarkeşlər acığını Simeonedən çıxdı
16.03.2022 - 15:28
Çempionlar Liqasının 1/8 final mərhələsinin “Mançester Yunayted” – “Atletiko” matçından sonra xoşagəlməz hadisə yaşanıb.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubunun azarkeşləri qonaqların baş məşqçisi Dieqo Simeoneyə kənar əşyalar atıb.
Buna fanatların nəticədən narazı qalması səbəb olub. Mançesterlilərin 0:1 hesabı ilə uduzması onları qəzəbləndirib. Hakimin final fitindən sonra tribunaların altına yollanan Simeone azarkeşlərin hədəfinə çevrilib.
Qeyd edək ki, ilk görüşdə 1:1 hesabı qeydə alındığından 1/4 finala “Atletiko” yüksəlib.
0
0