Azarkeşlərin səsindən istifadə olunacaq - La Liqa matçlarında
26.05.2020 - 23:21
Azarkeşlərin səsindən istifadə olunacaq - La Liqa matçlarında

İspaniya La Liqası matçlarının yayımı zamanı azarkeş səslərindən istifadə ediləcək.

Apasport.az saytı xəbər verir ki, bu barədə "Mediapro" şirkətinin rəhbəri Xaume Roures məlumat verib.

O bildirib ki, La Liqa rəhbərliyi ilə oyunların yayım hüququna malik şirkət arasındakı razılığa əsasən, ekran qarşısında əyləşən tamaşaçıların matçın boş tribunalar önündə keçirildiyini hiss etməmələri üçün azarkeşlərin əvvəlki görüşlərdən səs-küyü və qışqırıqlarından istifadə ediləcək: "Cari mövsümün əvvəlki oyunlardakı azarkeşlərin səslərindən yararlanacaq, boşluğu doldurmağa çalışacağıq".

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən iki aydan çoxdur dayandırılan İspaniya La Liqasının iyunun ortalarında bərpası planlaşdırılır.