Azər Əliyev rəsmən "Neftçi"də
27.01.2022 - 23:29
Azər Əliyev rəsmən "Neftçi"də

“Neftçi” daha bir transferə imza atıb.

Apasport.az Bakı təmsilçisinin saytına istinadən məlumat verir ki, azərbaycanlı futbolçu Azər Əliyevlə 3,5 illik müqavilə bağlanıb.

27 yaşlı yarımmüdafiəçi "Neftçi"nin heyətində 7 nömrəli formanı geyinəcək.

Sonuncu klubu Rusiya Premyer Liqasında mübarizə aparan “Ufa” (2018-2020, 2021-2022) olan Əliyev bu ölkələrdə “Yenisey” (2012-2017), “Saxalin” (2013), “Krılya Sovetov” (2017-2018) və “Tambov” (2021) komandalarında da çıxış edib.