Azərbaycan Premyer Liqası gəlirlərinə görə Avropanın 31-cisidir
16.01.2020 - 16:29
Azərbaycan Premyer Liqası gəlirlərinə görə Avropanın 31-cisidir

UEFA-ya üzv olan ölkələrin yüksək liqalarında mübarizə aparan klubların ümumi gəlirləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqası siyahıda 31-ci yerdədir.

Burada çıxış edən klubların 2018-ci ildəki gəlirləri 27 milyon avro təşkil edib.
Bunun yarıdan çoxu – 51 faizi sponsorlardan gələn vəsaitdir. 36 faiz gəlirlər isə UEFA-dan əldə olunan qazancdır. 1 faiz bilet satışının payına düşürsə, qalan hissəsi digər gəlirlərdir.

Siyahıya İngiltərə Premyer Liqası başçılıq edir. Burada çıxış edən klubların gəlirləri 5 milyard 439 milyon olub.