Azərbaycan Premyer Liqasında “onluq” – cəzalı
27.04.2021 - 23:13
Azərbaycan Premyer Liqasında “onluq” – cəzalı

10 futbolçu Azərbaycan Premyer Liqasında XXV turunu buraxacaq.

Apasport.az saytının məlumatına görə, buna onların cəzalı duruma düşməsi səbəb olub.

Onlardan yeddisi sarı vərəqə limitini XXIV turda doldurubsa, üçü qırmızı üzündən cəzalıdır. Ən ağır zərbə “Sabah”a dəyib.

Bakılılar 5 futbolçusunu itirib. Coşqun Diniyevlə Ramil Şeydayev sarı, Təmkin Xəlilzadə, Bəhlul Mustafazadə və Filip İvanoviç qırmızı vərəqə səbəbindən növbəti turu buraxacaq.

Digər 5 cəzalı oyunçu fərqli klubları təmsil edir. Sezar Meza Kolli (Keşlə), Sabir Buqrin (Neftçi), İsmayıl İbrahimli (Qarabağ), Rüfət Əhmədov (Qəbələ) və Tellur Mütəllimov (Sumqayıt) sarı vərəqələr üzündən turu buracaq.

Qeyd edək ki, yalnız iki klub – “Zirə” və “Səbail” qarşıdakı tura cəzalı oyunçusu olmadan çıxacaq.