Azərbaycan Premyer Liqasında XII turun ən yaxşısı açıqlandı
27.11.2019 - 12:23
Azərbaycan Premyer Liqasında XII turun ən yaxşısı açıqlandı

Azərbaycan Premyer Liqasında XII turun rəmzi komandası və ən yaxşı futbolçusu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, “İnStat” şirkətinin təhlilinə əsasən ən yaxşı adına evdə “Sabah”a 1:3 hesabı ilə uduzan “Səbail”in oyunçusu Turan Manafov layiq görülüb.

Turun “11-liy”i isə aşağıdakı kimidir:

Qapıçı: Saşa Stamenkoviç – 268 (“Sabah”)

Müdafiəçilər: Məqsəd İsayev - 238 (“Sabah”)-2, Adrian Skarlatake – 269 (“Zirə”)-2, Kərim Diniyev - 288 (“Sabah”), Ömər Buludov - 294 (“Neftçi”)

Yarımmüdafiəçilər: Turan Manafov – 336 (“Səbail”)-2, Soni Mistivar - 319 (“Neftçi”)-2, Hendrik Ekşteyn - 314 (“Sabah”)-2, Xayme Romero – 261 (“Qarabağ”)-2

Hücumçular: Ulise Diallo - 309 (“Sabah”), Xulio Sezar Rodriqez - 317 (“Zirə”)-3