Azərbaycan Premyer Liqasında ili vaxtından əvvəl bitirdi – 6 futbolçu
21.12.2020 - 10:18
Azərbaycan Premyer Liqasında ili vaxtından əvvəl bitirdi – 6 futbolçu

Azərbaycan Premyer Liqasında 6 futbolçu 2020-ci ili başa vurub.

Apasport.az saytının məlumatına görə, bunlar XII turun oyunlarında cəzalı duruma düşənlərdir.

Onlar dekabrın 24-də keçiriləcək XIII turu buraxacaq. Altı cəzalı futbolçu 6 fərqli klubu təmsil edir.

“Qəbələ”nin futbolçusu Rövlan Muradov “Qarabağ”la görüşdə (1:1) qırmızı vərəqə aldığı üçün “Səbail”ə qarşı oynamayacaq. Həmin matçda sarı vərəqə alan Elvin Cəfərquliyev 4-cü xəbərdarlıq aldığından “Zirə”yə qarşı forma geyinməyəcək.

Vüsal İsgəndərli (“Keşlə”) və Adil Nağıyev (“Səbail”) eyni oyunda cəzalı duruma düşüb. “Səbail”in 2:0 hesablı qələbə qazandığı matçdakı sarı vərəqələr hər iki oyunçu üçün 4-cü olub. Vüsal “Neftçi”, Adil “Qəbələ”yə qarşı oynamayacaq.

Xulio Sezar Rodrigez (“Sabah”) “Neftçi”yə qarşı matçda (0:2) “4”ə çatıb və “Sumqayıt”la dueldə “dincələcək”. Həmin matçı Murad Xaçayev də buraxacaq. O, “Zirə”ylə oyunda (2:2) 4-cü “sarı”sını alıb.
 

0